Görüşləri 1 saatdan az davam edib — Yenilənib

Ukrayna Prezidenti Volodimir Zelenski Davosa yollanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. Ukrayna lideri Davosda ABŞ Prezidenti Donald Trampla görüşəcək. Xatırladaq ki, D.Tramp yanvarın 21-də Davos İqtisadi Forumunda çıxışı zamanı ukraynalı həmkarı ilə görüşəcəyini bildirmişdi. *** Davosda V.Zelenski və D.Tramp arasında görüş başlayıb. *** Tərəflər arasında danışıqlar başa çatıb. Trampla Zelenskinin görüşü 1 saatdan az davam edib. Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov görüş barədə açıqlama verərək, ümumi danışıqların yaxşı keçdiyini bildirib. Bununla belə, o, danşıqların nəticəsinin hələ məlum olmadığını vurğulayıb.