“Son dəqiqə nokautu” — Dünya mətbuatı “Qarabağ”dan yazdı
“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt” üzərindəki qələbəsi dünya mətbuatının da gündəminə düşüb. “Qafqazinfo” xəbər verir ki, tanınmış mətbuat orqanları 3:2 hesablı qalibiyyəti müxtəlif başlıqlarla paylaşıblar. Onların bəzilərini təqdim edirik: “Onefootball”: “Ayntraxt”ın Avropa macərası “Qarabağ”ın son dəqiqələrdə dramatik qələbəsi ilə başa çatdı” “Le Figaro”: “Qarabağ” sürprizlərə davam edir” “Bild”: “Ayntraxt”a Çempionlar Liqasında son dəqiqə nokautu” “Reuters”: “Qarabağ” qələbədən sonra pley-off şanslarını artırdı” “Marca”: “Mustafazadə “Qarabağ”ı pley-offa yaxınlaşdırdı, “Ayntraxt” isə mübarizədən kənarlaşdırıldı” “Mundo Deportivo”: “Qarabağ”ın uğuru “Ayntraxt”ı məğlub edərək pley-offa yaxınlaşmalarına səbəb oldu” “La Gazetta dello Sport”: “Qarabağ”ın “Ayntraxt” üzərində tarixi qələbəsi. Azərbaycanlılar Çempionlar Liqasının pley-off mərhələsindədirlər”

Şərh verin