Elvin Çempionlar Liqasında həftənin rəmzi yığmasına düşdü - FOTO

UEFA-nın mətbuat xidməti "X" sosial şəbəkəsindəki səhifəsində Çempionlar Liqasında həftənin rəmzi yığmasını dərc edib. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də rəmzi yığmada yer alıb. Çempionlar Liqasında yeddinci həftənin rəmzi yığmasını təqdim edirik: Qapıçı: Konstantinos Tsolakis ("Olimpiakos"). Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Yosteyn Qundersen ("Budyo-Qlimt"), Vircil van Deyk ("Liverpul"), Elvin Cəfərquliyev ("Qarabağ"). Yarımmüdafiəçilər: Kefren Türam ("Yuventus"), Fermin Lopes ("Barselona"), Robert Navarro ("Atletik Bilbao"). Hücumçular: Culiano Simeone ("Atletiko Madrid"), Vinisius Junior ("Real Madrid"), Luis Suares ("Sportinq"). Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün finalı Budapeştdəki "Puşkaş Arena" stadionunda keçiriləcək. Yarışın həlledici matçı mayın 30-da baş tutacaq. Milli.Az