Şamaxıda zəlzələ oldu

Qobustan stansiyasından 22 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, 3.1 maqnitudalı zəlzələ 12 km dərinlikdə baş verib. Zəlzələ hiss olunmayıb.