Millimiz dünya çempionatının yarımfinalında məğlub olub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun yarımfinal mərhələsində məğlub olub. Milli.Az-ın məlumatına görə, qarşılaşma rəqibin minimal qələbəsi ilə bitib - 19:18. Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ABŞ seçməsi ilə üz-üzə gələcək. Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib. Milli.Az

Şərh verin