Dəmiryol Vağzalının girişində yıxılıb öldü — Yenilənib

Paytaxtın Nəsimi rayonunda yerləşən dəmir yolu vağzalında ölüm hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 22-si saat 20 radələrində baş verib. Bakı Dəmiryol Vağzalının girişində Bakı sakini 1978-ci il təvəllüdlü Aydın Məmmədov yıxılaraq ölüb. Ölümün səbəbi hələlik tam dəqiqləşməyib. Araşdırma aparılır. *** Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, yanvarın 22-si saat 20:00 radələrində Mərkəzə M.Qaşqay küçəsindən təcili çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası dərhal cəlb olunub. Briqada tərəfindən 1979-cu il təvvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.