İrandan müharibə xəbərdarlığı: Bütün bölgəni cənginə alacaq

İranın Ali rəhbəri Əli Xameneinin nümayəndəsi Məhəmməd Səidi ölkəyə hərbi müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq edib. Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, bu durumda o, bütün Yaxın Şərqin müharibəyə cəlb olunacağını bildirib. "Düşmən İrana hücum etsə, bütün bölgə müharibəyə cəlb olunacaq", - Səidi iddia edib. Milli.Az