Gümüş bahalaşdı
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarük üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti 2011-ci il sentyabrın 9-dan bəri ilk dəfə bir troya unsiyası üçün 42 dolları ötüb. Milli.Az xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib. Bakı vaxtı ilə saat 18:17-yə olan məlumata əsasən, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 42,01 dollar (+1,19%) təşkil edib. Bakı vaxtı ilə saat 18:32-də gümüşün qiyməti öz artımını sürətləndirdi və bir troya unsiyası üçün 42,115 dollar (+1,31%) təşkil edib. Eyni zamanda, 2025-ci ilin dekabrında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,85% artaraq 1 troy unsiyası üçün 3 627,1 dollar olub. Milli.Az

Şərh verin