Makron villasını 3,6 milyona satdı

Fransa Prezidenti Emmanuel Makron ölkənin şimalındakı “Le Touquet-Paris-Plage”dəki villasını satıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Le Canard Enchaine” nəşri yazıb. “Paris notariusunun ofisində Bricit Makron “Le Touquet”dəki ailə evinin alqı-satqısı üçün müqavilə imzalayıb. Alqı-satqı müqaviləsinə əsasən sövdələşmə 3,6 milyon avroya bağlanıb”, - məqalədə deyilir. Nəşrin məlumatına görə, villa “Oxial” şirkəti tərəfindən alınıb. Binanın premium mağazalarının olduğu ticarət obyektinə çevrilməsi planlaşdırılır. Məlumata görə, həmin villa Bricit Makrona məxsus idi.