Dəməşqdə güclü partlayış olub

Suriyanın paytaxtı Dəməşqin cənub-qərbindəki El-Mezza bölgəsində güclü partlayış baş verib . “Qafqazinfo” xəbər verir ki, bu barədə “Sham TV” məlumat yayıb. İlkin məlumatlara görə, jurnalistə məxsus avtomobil partladılıb. Hazırda ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Ölənlər və yaralananlar barədə hələlik məlumat verilmir.