FHN-nin kapitanı vətəndaşları aldatmaqda təqsirləndirilir - 3 milyon manat
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Ayaz Bayramov müxtəlif şəxsləri aldadaraq pullarını ələ keçirirməkdə ittiham olunur. Milli.Az-ın əldə etdiyi məlumata görə, aldadıldığı bildirilən tərəflər arasında vəzifəli şəxslər də var. İddialara əsasən ələ keçirilən məbləğ 3 milyon manata yaxındır. Şikayətlərdən sonra A.Bayramov barəsində istintaq başladılıb. Hərbi prokrurorluq tərəfindən aparılan istintaq yekunlaşıb və iş baxış üçün Hərbi məhkəməyə göndərilib. Mehman Əsədov Milli.Az

Şərh verin