Şəmkir sakini evində ölü tapıldı

Şəmkirdə evdən meyit tapılıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü Z.Hacıyevanın meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. Milli.Az