Dünyanın ən çox nifrət olunan lideri SEÇİLDİ
Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına çevrilib. Milli.Az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial media platformasında yazıb. "11% populyarlıq reytinqinə sahib və dünyanın ən çox nifrət edilən dövlət başçısı olduğunuz zaman daha heç bir təşəbbüs göstərməməlisiniz! Bunu etməyə haqqınız yoxdur!", - deyə o qeyd edib. Filippot Fransa prezidentini ictimai həyata fəal şəkildə müdaxilə etməyə davam etməkdə günahlandırıb. /"Unikal" Milli.Az

Şərh verin