"Qarabağ"ın keçmiş ulduzu Türkiyədə oynayacaq
"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena yenidən Türkiyədə oynayacaq. Milli.Az Trend -ə istinadən bildirir ki, qanalı futbolçu Sakaryasporla anlaşıb. O, birinci liqa klubuna mövsümün sonuna qədər kömək edəcək. 28 yaşlı futbolçu 2020-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib. Milli.Az

Şərh verin