Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi — Qayıda bilmir
Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze Yaxın Şərq regionunda baş verən hadisələr fonunda BƏƏ-dən ölkəsinə qayıda bilmir. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata görə, K.Kaladze həftəsonu Əbu-Dabi şəhərində olub və vəziyyətin gərginləşməsinə görə Gürcüstana qayıda bilmir. Tbilisi merinin ailəsi ilə öz doğum gününü qeyd etmək üçün BƏƏ-yə yollandığı bildirilib. Qeyd edək ki, fevralın 27-si Kaladzenin 48 yaşı tamam olub.

Şərh verin