Rusiya Durovu axtarışa verdi

Rusiyada “Telegram” mesencerinin təsisçisi Pavel Durova qarşı terror fəaliyyətinə yardım maddəsi üzrə ittiham irəli sürülüb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. “Mesencerin administrasiyası Ukrayna xüsusi xidmət orqanları tərəfindən Rusiyada terror aktlarının və kütləvi qətllərin hazırlanması üçün fəal istifadə olunan kanalları, çatları və botları silməyib. Ukrayna xüsusi xidmət orqanlarının “Telegram” vasitəsilə törətdiyi cinayətlər çoxsaylı qurbanlara, o cümlədən qadın və uşaqlar arasında itkilərə səbəb olub”, - məlumatda deyilir. Bununla yanaşı, P.Durov beynəlxalq axtarışa verilib.