Oğuzda ağır qəza — Ölən var

Oğuzda 2 avtomobil toqquşub. “Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Mübariz Muradov