Bakıda binanın dəhlizində gənc kişi meyiti tapıldı

Paytaxtın Yasamal rayonunda binalardan birinin dəhlizindən meyit tapılıb. Milli.Az xəbər verir ki, iyulun 28-i saat 08 radələrində Z.Xəlilov küçəsi 74 ünvanındakı binanın dəhlizində həmin binanın sakini 1995-ci il təvəllüdlü Əlisa Hüseynovun meyiti tapılıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)