Dönərdən zəhərlənmə: AQTA kafenin fəaliyyətini dayandırdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Zaqatalada qeydə alınan kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlayıb. Qurumun yaydığı məlumata görə, iyulun 29-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasından AQTA-nın 1003 Çağrı Mərkəzinə rayon ərazisində fəaliyyət göstərən "Real" kafesində hazırlanan toyuq dönərindən zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub. Müraciətdən dərhal sonra agentliyin əməkdaşları obyektə baxış keçirərək toyuq dönərindən və istehlakçılara təqdim olunan digər qida məhsullarından laborator analiz üçün nümunələr götürüblər. Eyni zamanda kafedə plandankənar yoxlama aparılıb və araşdırma müddətində obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. AQTA bildirib ki, laborator müayinələrin və aparılan araşdırmaların yekun nəticələrindən sonra qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin