Abşeronda 3 aylıq körpə öldü
Abşeron rayonunda 3 aylıq körpə vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 28-i saat 08 radələrində Hökməli qəsəbəsində qeydə alınıb. Belə ki, 10 aprel 2026-cı il təvəllüdlü Səccad Axundov evdə asfiksiyadan (boğulma) ölüb. Onun hansı səbəbdən boğulduğu hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şərh verin