9 yaşlı uşağı vuran “Niva” dərəyə aşdı — Foto
Göygöldə piyadanı vuran avtomobil aşıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb. Belə ki, Gəncə sakini Əli Dünyamalıyev idarə etdiyi “Niva” markalı avtomobillə 2017-ci il təvəllüdlü N. Balaşovanı vurub. Sonradan “Niva” dərəyə aşıb. Hadisə zamanı sürücü və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb. Yunus Quliyev

Şərh verin