Ceyranbatan–Maştağa su xətti istifadəyə hazırlanır

Ceyranbatan-Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri yekun mərhələyə çatıb. Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, magistral xəttin 6-cı kilometrində istismar müddətini başa vurmuş 22 metrlik hissə yenisi ilə əvəzlənib. Qeyd olunub ki, diametri 1200 millimetr olan su kəmərində bərpa işləri fasiləsiz rejimdə həyata keçirilib. Hazırda növbəti mərhələdə xəttin yuyulması, içməli su ilə doldurulması və suyun müvafiq anbarlara ötürülməsi nəzərdə tutulur. Daha sonra su ərazidaxili şəbəkəyə veriləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)