İdman kompleksində halı pisləşən şəxs öldü
Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən şəxs vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 28-i saat 16 radələrində Masallı İdman Kompleksində qeydə alınıb. Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib. Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Şərh verin