Yasamalda piyada keçidində ağır qəza, ölən var — Anbaan görüntülər
Ötən gecə saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu “BYD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub. Nəticədə N.Vahabov hadisə yerində ölüb. Fakt bağlı Yasamal RPİ-də cinayət işi başlanıb. *** Yol polisi hadisənin görüntülərini yayıb. Qeyd edək ki, qanunvericiliyə əsasən piyada keçidindən velosipedlə keçmək qadağandır. Velosipedlə hərəkət edən şəxslər piyada keçidindən piyada keçməli və velosipedini yeriyərək daşımalıdır.

Şərh verin