Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu — Foto

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub. “Qafqazinfo” xəbər verir ki, Ukrayna ordusu sıralarında döyüşlərə qatılan 1988-ci il təvəllüdlü Ruslan Adil oğlu Quliyev aldığı xəsarətlərdən vəfat edib. Onun nəşi dəfn edilməsi üçün Azərbaycana göndərilib. Mərhumun əslən Qazax rayonundan olduğu bildirilib.