9 turnirin 8-də məğlubiyyət
Türkiyənin futbol üzrə milli komandasının böyük turnirlərdəki uğursuz start seriyası davam edir. “Qafqazinfo” xəbər verir ki, “ay-ulduzlular” tarixləri ərzində qatıldıqları 9 turnirin (Dünya və Avropa çempionatları) 8-nə məğlubiyyətlə başlayıblar. Türkiyə yığması bu turnirlər arasında yalnız bir dəfə — “Avro-2024”də ilk matçından qələbə ilə ayrıla bilib. Komandanın qatıldığı böyük turnirlər və ilk oyunların nəticələri belədir: DÇ-1954: Almaniya 4-1 Türkiyə Avro-1996: Türkiyə 0-1 Xorvatiya Avro-2000: Türkiyə 1-2 İtaliya DÇ-2002: Braziliya 2-1 Türkiyə Avro-2008: Portuqaliya 2-0 Türkiyə Avro-2016: Türkiyə 0-1 Xorvatiya Avro-2020: Türkiyə 0-3 İtaliya Avro-2024: Türkiyə 3-1 Gürcüstan (Yeganə qalibiyyət startı) DÇ-2026: Avstraliya 2-0 Türkiyə Son olaraq keçirilən Dünya Çempionatında Avstraliyaya 0-2 hesabı ilə uduzan qardaş ölkə təmsilçisi növbəti dəfə çempionata xalsız start verməli olub.

Şərh verin