Həmin təyyarənin qəzaya düşməsi nəticəsində 4 nəfər ölüb
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135 Stratotanker” yanacaqdolduran hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. “İraqda KC-135 təyyarəsinin itirilməsi nəticəsində dörd nəfərin ölümü təsdiqləndi”, - məlumatda deyilir. Xatırladaq ki, hadisə İraqın qərb bölgəsində, ABŞ və müttəfiq qüvvələrin nəzarətində olan hava məkanında baş verib . Qəzaya uğramış təyyarədə altı ekipaj üzvü olub. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) təyyarəni onların vurduğunu bəyan edib, ABŞ tərəfi isə hadisənin səbəbini açıqlamayıb.

Şərh verin