Beren ilk albomunu təqdim etdi — Fotolar
Türkiyəli aktrisa Beren Saat ilk albomu “Exuberance”ı dinləyicilərə təqdim edib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqdimatda Kenan Doğulu, Ozan Doğulu, Boran Kuzum, Esra Dermancıoğlu, Gülcan Arslan, Beyza Şekerci, Engin Hepileri, Burak Kut və Ayfer Dönmez kimi tanınmış simalar iştirak edib. Gecə ərzində albomda yer alan mahnılar səsləndirilib. Təqdimat zamanı layihəni müşayiət edən vizual konsepsiya və yaradılış prosesi barədə məlumat verilib. Beren isə layihənin ilham mənbələri və yaradıcılıq hekayəsini qonaqlarla bölüşüb. Albom Türkiyədə ilk dəfə təşkil olunan xüsusi səs effektləri ilə təqdim olunub.

Şərh verin