Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində iyunun 19-na gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Məlumata görə, gün ərzində cənub-şərq küləyi əsəcək və çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba ərazilərində 21-22 dərəcə isti olacaq. Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda dəniz suyunun temperaturunun 23-24 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır. Sinoptiklərin məlumatına görə, cənub çimərliklərində suyun temperaturu şimal sahillərinə nisbətən daha yüksək olacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)