49 yaşlı qadın 4-cü mərtəbədən yıxılıb öldü

Bakıda 49 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. Milli.Az xəbər verir ki, hadisə dünən saat 15 radələrində Nizami rayonunda baş verib. 1977-ci il təvəllüdlü Gülər Çingiz qızı Mustafayeva yaşadığı T.Abbasov küçəsi ev 13 mənzil 32-nin (5 mərtəbəli binanın 4-cü mərtəbəsi) pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən G.Mustafayeva orada vəfat edib. Araşdırmalar aparılır. Milli.Az