SEPAH-dan BƏƏ-yə XƏBƏRDARLIQ
İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir. Milli.Az xəbər verir ki, bu barədə SEPAH-ın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü bildirib. Onun sözlərinə görə, BƏƏ şəhərlərindəki dəniz limanlarında və hərbi bunkerlərdə yerləşən Amerika raket buraxılış məntəqələrini vura bilərlər. "BƏƏ-nin müsəlman əhalisini hər hansı bir zərər görməmələri üçün şəhərlərdəki limanları və ABŞ sığınacaqlarının yerləşdikləri bölgələri tərk etməyə çağırırıq", - qeyd olunub. /APA Milli.Az

Şərh verin