Ramazanın 25-ci gününün duası - İftar və imsak vaxtları

Sabah Ramazan ayının 25-ci günüdür. Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 15-də Bakıda imsak saat 05:26-da, iftar isə saat 19:02-dədir. Ramazan ayının 25-ci gününün duası: "Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin". Tərcüməsi: "İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!" Allah orucunuzu qəbul etsin! Milli.Az