Rusiyada təyyarə qəzaya uğradı - Bütün sərnişinlər öldü
Rusiyanın An-26 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qəza nəticəsində 29 nəfər həlak olub. "Axtarış-xilasetmə qrupu tərəfindən An-26 təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - məlumatda vurğulanıb. Qeyd edək ki, təyyarənin qayaya çırpıldığı vurğulanır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir. Fidan Milli.Az

Şərh verin