Turanın axtarışları davam edir - FOTO

Ötən gün İmişli rayonunda yeniyetmə Araz çayında batıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 11-ci sinif şagirdi Turan Mirişov naməlum şəraitdə Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsinə düşüb. Hazırda məktəblinin axtarış-xilasetmə tədbirləri davam etdirilir. T. Mirişovun fotosunu təqdim edirik: Milli.Az