Bakının bəzi ərazilərində qaz kəsiləcək - YENİLƏNİB
Sabah Bakının bir hissəsində qaz olmayacaq. Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. ----------- Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında fasilə yaranacaq. Milli.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır. Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Milli.Az

Şərh verin