Bu oyunları izləmək üçün gecələr yatmayacağıq
ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı iyunun 11-də start götürəcək. “Qafqazinfo” xəbər verir ki, ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq mundialın matçları Azərbaycanda gecə yarısı yayımlanacaq. Qarşılaşmaların əksəriyyəti saat 00:00-dan sonra baş tutacaq. Düzdür, 21:00 və 23:00-da da yayımlanacaq qarşılaşmalar olacaq. Amma bu matçların sayı olduqca azdır. Açılış matçı olan Meksika və Cənubi Afrika komandaları arasında keçiriləcək oyun saat 23:00-da baş tutacaq. Demək olar ki, qrup mərhələsi boyunca hər gün 4 oyun oynanılacaq. Mundial iyulun 19-da final görüşü ilə başa çatacaq.

Şərh verin