Şəmkirdə faciəvi hadisə — Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Şəmkir rayonunda ana və oğlu yaşadıqları evdə termiki yanıq xəsarətləri alıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Morul kəndində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Anar Mahir oğlu Budaqov və 1976-cı il təvəllüdlü anası Sevda Eyyub qızı Budaqova termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq, S.Budaqova vəfat edib. Faktla bağlı araşdırma aparılır.