Azərbaycan XİN Türkiyəni təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib. Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN X sosial şəbəkə hesabında paylaşım edib. "Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. 15 İyul - Demokratiya və Milli Birlik Gününüz mübarək!", - paylaşımda bildirilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin