Azərbaycanda zəlzələ OLDU
Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Milli.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:49-da və 74 km dərinlikdə baş verib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ Quba stansiyasından 69 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb. Milli.Az

Şərh verin