Türkiyədə zəlzələ oldu

Türkiyənin Van şəhərinin Tuşba rayonunda zəlzələ qeydə alınıb. “Qafqazinfo” AFAD-a istinadən xəbər verir ki, zəlzələ 5,2 bal gücündə olub. Saat 08:52-də baş verən təbii fəlakət yerin təxminən 7 kilometr dərinliyində baş verib. AFAD-dan bildirilib ki, hadisə ilə bağlı hələlik hər hansı dağıntı və itki halı qeydə alınmayıb.