Bakıda azyaşlı bacı-qardaş itkin düşdü
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb. Milli.Az report -a istinadən xəbər verir ki, Xətai rayonu, Zığ şosesi, 22 ünvanında yaşayan azyaşlılar - 2015-ci il təvəllüdlü Abbasov İbrahim Məhəmməd oğlu və 2018-ci il təvəllüdlü Abbasova Sədaqət Məhəmməd qızının həmin gün evdən çıxıb geri qayıtmayıblar. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin