“Qarabağ”ın biletləri bu gün satışa çıxarılır
UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "CSKA Sofia" matçının biletləri bu gün azarkeşlərin ixtiyarına veriləcək. Milli.Az xəbər verir ki, məlumata görə, biletlərin onlayn və kassalarda satışı saat 15:00-da başlayacaq. Qeyd edək ki, komandalar arasında qarşılaşma iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşün start fiti saat 20:00-da səslənəcək. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin