Dərbənddə 4 mindən çox adam təxliyə edildi
Dağıstanda Gecux su anbarının daşması ilə bağlı subasma təhlükəsi səbəbindən Dərbənd rayonundan 4 mindən çox sakin təxliyə edilib. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Respublika üzrə Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, vəziyyətin havadan monitorinqi üçün işlərə FHN-in aviasiyası cəlb olunub.

Şərh verin