Ermənistan prezidenti səs verdi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan parlament seçkilərində iştirak edib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 7/46 saylı seçki məntəqəsində səs verib. Səsvermə prosesindən sonra Vaaqn Xaçaturyanın brifinqi təşkil olunub. KİV nümayəndələrinə açıqlama verən prezident öz seçimi barədə danışıb: "Mən dinc, inkişaf edən, güclü və sabit gələcəyi olan bir Ermənistan Respublikası naminə səs vermişəm", - deyə o, bildirib. Milli.Az

Şərh verin