“Qarabağ” “Karvan-Yevlax”ı darmadağın etdi
Misli Premyer Liqasında 26-cı tur davam edir. Milli.Az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib. Beləliklə, Qurban Qurbanovun komandası cari mövsümün ən böyük hesablı qələbəsini qazanıb. Bu komandalar arasındakı əvvəlki 2 dövrənin matçlarında Ağdam təmsilçisi 2:0 hesablı qələbələr qazanıb. 6 aprel (bazar ertəsi) 19:00. "Qarabağ" - "Karvan-Yevlax" - 7:0 Qol: Leandro Andrade, 23, Kamilo Duran, 31, Dani Bolt, 40, Abdullah Zubir, 43, Kamilo Duran, 45, Kamilo Duran, 48, Leandro Andrade, 64 Milli.Az

Şərh verin