Çempionlar Liqasında 1/4 final başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. “Real” öz meydanında “Bavariya”nı qəbul edəcək, “Arsenal” isə Portuqaliyada “Sportinq”in qonağı olacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Turun digər iki görüşü isə sabah keçiriləcək. 7 aprel UEFA Çempionlar Liqası 1/4 final, ilk oyunlar 23:00 - “Real” (İspaniya) - “Bavariya” (Almaniya) 23:00 - “Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə) 8 aprel 23:00 - “Barselona” (İspaniya) - “Atletiko” (Madrid, İspaniya) 23:00 - PSJ (Fransa) - “Liverpul” (İngiltərə)