Ödəyə bildiyiniz qədər borclanın — AMB rəsmisi

“Azərbaycanda insanlar ödəyə biləcəkləri qədər borclanmalıdır”. “ Qafqazinfo ” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. “ Biz demirik ki, borclanma azalsın, elə bir hədəfimiz yoxdur. Borclanma olmalıdır, amma sağlam təməl üzərində, limitli baş verməlidir. AMB-nin bütün alətləri, maliyyə-kapital proqramları hamısı ona köklənib ki, insanlar ödəyə bildikləri qədər borclansınlar. Biz hələ ki kreditləşmə hesabına gözlənilməz bir halla qarşılaşmamışıq”, - AMB rəsmisi qeyd edib. Ş. Mahmudzadə əlavə edib ki, Azərbaycanda borclanma qonşu ölkələrlə müqayisədə çox aşağıdır. Gülnar Əliyeva