“Tərəflər birbaşa danışıqlara başlamaq barədə razılığa gəlib”
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, ABŞ, İsrail və Livan birbaşa danışıqlara başlamaq barədə razılığa gəliblər . “Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb. “Bütün tərəflər birbaşa danışıqlara başlamaq barədə razılığa gəliblər”, - o bildirib. Diplomatın sözlərinə görə, tərəflər görüşün vaxtı və yerini razılaşdıracaqlar.

Şərh verin