PSJ yarımfinala çıxdı — Video
PSJ UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb. “Qafqazinfo” xəbər verir ki, Luis Enrikenin komandası buna 1/4 final mərhələsində “Liverpul”u məğlub etməklə nail olub. İlk oyunda 2:0 hesablı qələbə qazanan parislilər ikinci matçda da eynihesablı qalibiyyətə sevinib. PSJ-nin qollarının hər ikisini Usman Dembele vurub.

Şərh verin