Məşhur avtomobil şirkəti 2400 nəfəri işsiz qoyacaq

Fransanın avtomobil istehsalçısı "Renault" mühəndis heyətində ixtisar planlaşdırır. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yaxın iki il ərzində şirkətin işçi qüvvəsinin 15-20 faizi azaldıla bilər. Bu isə təxminən 2400 əməkdaşın işdən çıxarılması deməkdir. Qeyd olunur ki, bu addım şirkətin həyata keçirdiyi transformasiya strategiyasının bir hissəsidir. Hüseyn Milli.Az